Ana səhifə



 Mən Bakı şəhəri, Binəqədi rayonu , Elşad Həmidov adına 267 nömrəli tam orta məktəbin 10A sinif şagirdi Xanbəyov Tamerlanam. İlk vaxtlar robototexnika mənim üçün sadəcə hobbi idi. Lakin müəyyən robot yarışmalarında iştirak etdikdən sonra bununla ciddi məşğul olmağı qərara aldım. Mən həmyaşıdlarımda, kiçik yaşlı məktəblilərdə və tələbələrdə də bu sahəyə maraq oyatmaq  üçün bu saytı yaratdım. Əsas məqsədim robototexnika ilə bağlı öyrədici resurslardan hər kəsin istifadə edə bilməsidir.